İsrail HƏMAS-ın silah istehsalı zavodunu məhv etdi

İsrail HƏMAS-ın silah istehsalı zavodunu məhv etdi
Dünya 04 Yanvar 2025 22:21

İsrail ordusu Qəzza zolağının mərkəzindəki tuneldə HƏMAS-ın yeraltı silah istehsalı zavodunu məhv edib.

Sitat.info xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hərbçilər tuneldən sənədləri, kompüterləri çıxarıblar.

Tunelin xəritəsi çıxarıldıqdan sonra onu məhv ediblər.