Vaşinqtonda baş verən atışmada beş nəfər yaralanıb

Vaşinqtonda baş verən atışmada beş nəfər yaralanıb
Dünya 04 Yanvar 2025 11:10

Vaşinqtonun şimal-şərqində baş verən atışma nəticəsində azı beş nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, bu barədə məlumat Kolumbiya dairəsi polis idarəsinin “X” sosial şəbəkəsində yayılıb.

Zərərçəkənlər güllə yaraları ilə hospitala yerləşdiriliblər. İlkin məlumata əsasən, atışma mübahisə zəminində baş verib.

“Cinayət yerində aşkar edilən kişi ilə qadın huşları özündə və normal tənəffüslə xəstəxanaya aparılıb. Xəstəxanaya daha iki kişi çatdırılıb. Beşinci zərərçəkən olan kişi də yaralanıb”, - məlumatda bildirilib.