Qəzzada daha bir jurnalist İsrail hücumunda həyatını itirdi
İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda daha bir fələstinli jurnalist həyatını itirib.
Fələstinli jurnalist Deyravi və valideynlərinin Qəzzanın mərkəzi hissəsindəki Əl-Zəvayidə bölgəsində evinin bombalanması nəticəsində həyatını itirdiyi bildirilib.
2023-cü il oktyabrın 7-dən etibarən İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda həlak olan jurnalistlərin sayının 202-yə yüksəldiyi bildirilib.
Aytac,
Sitat.info