Almaniya və Fransa XİN başçıları Dəməşqə gedib

Almaniya və Fransa XİN başçıları Dəməşqə gedib
Dünya 03 Yanvar 2025 16:35

Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra ilk dəfə Almaniya və Fransanın xarici işlər nazirləri gözlənilmədən Dəməşqə səfər edib.

Sitat.info xəbər verir ki, Annalena Berbokla Jan Noel Barronun səfərində məqsəd ölkənin yeni rəhbərliyi ilə danışıqlar aparmaqdır.

Fransanın Xarici İşlər Nazirliyinin məlumatında Suriyanın yeni rəhbərliyindən gender bərabərliyinin təminatı, eləcə də dini və etnik qrupların müdafiəsi üzrə əməli addımlar gözlənildiyi açıqlanıb.