Əfqanıstan və Pakistan sərhəd qüvvələri arasında toqquşma olub
Ötən həftə Əfqanıstan və Pakistan sərhəd qüvvələri arasında artan gərginlikdən sonra toqquşmalar yenidən başlayıb.
Əfqan qüvvələrinin cavabı ilə başlayan qarşıdurma saat 05:00 radələrinə qədər davam edib.
Münaqişə səbəbindən bir çox ailə evlərini tərk etməli olsa da, ölən və yaralananlarla bağlı təfərrüatlar paylaşılmayıb.
Dekabrın 24-də Pakistan döyüş təyyarələri Əfqanıstanın sərhədə yaxın olan bəzi bölgələrinə "Pakistan Talibanının (TTP) düşərgələrini hədəfə aldığını” bildirərək hava zərbələri endirib.
Əfqanıstan hökuməti bu hücumlarda mülki şəxslərin hədəf alındığını və əksəriyyəti uşaq və qadın olmaqla ən azı 46 nəfərin həyatını itirdiyini açıqlayıb.
Bu hücumlara cavab olaraq Əfqanıstan qüvvələri dekabrın 28-də Pakistan ərazisini hədəfə alıb və 19 pakistanlı əsgəri öldürdüklərini açıqlayıblar.
Tehran,
Sitat.info