Ruslar Ukraynaya "Şahed"lə hücuma keçib

Ruslar Ukraynaya \"Şahed\"lə hücuma keçib
Dünya 03 Yanvar 2025 12:00

Yanvarın 3-nə keçən gecə ruslar “Şahed” dronları ilə Ukraynaya hücum ediblər.

Sitat.info UNİAN-a istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələrinin məlumatına görə, gecə yarısı bir qrup pilotsuz təyyarə Sumı vilayətindən Poltava vilayətinə və qərbə doğru uçub.

Hücum nəticəsində həlak olanlar var. Məlumat dəqiqləşdirilir.

Bildirilir ki, daha sonra Sumı, Xarkov, Çerniqov, Poltava və Donetsk vilayətlərində bir neçə pilotsuz təyyarə qrupu qeydə alınıb.

Aytac,

Sitat.info