Ukraynada daha bir azərbaycanlı zabit yaralandı

Ukraynada daha bir azərbaycanlı zabit yaralandı
Dünya 07 May 2022 12:58

Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı zabiti yaralanıb.

Sitat.info xəbər verir ki, bu barədə Report-a Vinnitsa Azərbaycan Cəmiyyətinin rəhbəri Əliş Səfərov məlumat verib.

Bu, əslən Azərbaycanın Ağdam rayonundan olan Ruslan Müslim oğlu Əliyevdir.

O, Ukrayna ordusunun baş leytenantıdır, Ukrayna vətəndaşıdır və Donbas istiqamətində yaralanıb. Hazırda R.Əliyev Vinnitsa vilayət xəstəxanalarının birində müalicə alır.

"Vəziyyəti normaldır. O, və digər burada yaralı yatan azərbaycanlı Ukrayna ordusu əsgəri Əliyev Raqif bizim də nəzarətimizdədir. Növbəti dəfə bu gün baş çəkəcəyik", - Ə.Səfərov əlavə edib.