İsrail Qəzzada canlı yayım maşınına atəş açdı: 5 jurnalisti öldürdü

İsrail Qəzzada canlı yayım maşınına atəş açdı: 5 jurnalisti öldürdü
Dünya 26 Dekabr 2024 16:20

Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsində "Əl-Qüds əl-Yəvm" (alqudstoday-tv) televiziyasının canlı yayım maşınına İsrail tərəfindən həyata keçirilən bombalı hücumda 5 jurnalistin həlak olduğu bildirilib.

Sitat.info xəbər verir ki, Qəzza hökumətindən verilən açıqlamada, İsrailin Qəzza zolağının mərkəzdəki Nusayrat Qaçqınlar Düşərgəsində Əl-Qüds əl-Yəvm (alqudstoday-tv) televiziyasının canlı yayım maşınına bombalı hücum təşkil etdiyi bildirilib.

Açıqlamada, hücumda 5 televiziya əməkdaşının həyatını itirdiyi açıqlanıb.  Bununla da İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölən jurnalistlərin sayının 201-ə yüksəlib. 

Fatimə,

Sitat.info