Numan Qurtulmuş Sahibə Qafarovaya başsağlığı verdi

Numan Qurtulmuş Sahibə Qafarovaya başsağlığı verdi
Gündəm 25 Dekabr 2024 18:43

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş təyyarə qəzası ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya başsağlığı verib.

Sitat.info xəbər verir ki, bu barədə Axar.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, N.Kurtulmuş azərbaycanlı həmkarına zəng edərək "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Milli Məclisin sədrinə, qəzada həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. Yaralıların tezliklə sağalmalarını diləyib.

Spiker Sahibə Qafarova göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.