Vladiqafqazda güclü partlayış: ölü və yaralılar var

Vladiqafqazda güclü partlayış: ölü və yaralılar var
Dünya 25 Dekabr 2024 10:27

Rusiyanın Şimali Osetiya Respublikasının Vladiqafqaz şəhərindəki “Alaniya Moll” ticarət mərkəzində güclü partlayış baş verib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiyanın “Baza” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, partlayışdan dərhal sonra ticarət mərkəzində yanğın başlayıb.

Hadisə nəticəsində 57 yaşlı qadın ölüb, daha 13 nəfər isə yaralanıb.

Partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur./Axar.az