ABŞ-da partlayış: 1 ölü, 5 yaralı var
ABŞ-ın Florida ştatında qayıqda partlayış baş verib, 1 nəfər ölüb, 5 nəfər xəstəxanaya yerləşdirilib.
Partlayışdan sonra qayıq alovlanıb. Yanğın başqa qayığa da keçib. Yanğınsöndürmə idarəsindən verilən açıqlamada 1 nəfərin öldüyü, 5 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib.
Partlayışın səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Seymur,
Sitat.info