Suriyanın yeni müdafiə naziri onlara xəbərdarlıq etdi

Suriyanın yeni müdafiə naziri onlara xəbərdarlıq etdi
Dünya 23 Dekabr 2024 10:51

Suriyada keçid hökumətinin yeni müdafiə naziri Murhaf Əbu Kəsra PKK/YPG terrorçularına xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“Biz kürd xalqı ilə PKK arasında fərq qoyuruq. Kürd xalqı da Suriya xalqının bütün digər komponentləri kimi tam hüquqlarını alacaq. Amma sadə dillə desək, heç bir parçalanma, federalizm və ya buna bənzər layihələr olmayacaq. Suriya vahid olaraq qalacaq”, - nazir bildirib.