Husilər Təl-Əvivə ballistik raketlərlə zərbə endirdi

Husilər Təl-Əvivə ballistik raketlərlə zərbə endirdi
Dünya 19 Dekabr 2024 14:09

Husilər İsrailin Təl-Əviv yaxınlığındakı hərbi obyektlərinə raket hücumu edib.

Sitat.info xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya bildirib.

“Yəmən silahlı qüvvələrinin raket qoşunları Yaffa bölgəsində İsrailin iki mühüm hərbi obyektinə Fələstin-2 hipersəs ballistik raketi ilə hücum edib. Hədəflər uğurla vurulub”, - Səriya bildirib.

Onun sözlərinə görə, raket zərbəsi İsrailin Yəmənə endirdiyi zərbə ilə eyni vaxtda həyata keçirilib.

Qeyd edək ki, husilər 16 dekabrda da eyni hərbi obyektə zərbə endirmişdi.