Türkiyədə gəmidə partlayış baş verdi

Türkiyədə gəmidə partlayış baş verdi
Gündəm 06 May 2022 14:24

İstanbulun Tuzla rayonunda gəmiqayırma zavodunda partlayış baş verib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, partlayış tərsanədə olan gəmidə olub.

Nəticədə zavodun 4 işçisi müxtəlif dərəcəli yanğın xəsarətləri alaraq xəstənaxanaya yerləşdiriliblər.

Partlayışa səbəb gəmidə qaz sızması olub.