Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov

Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünya 18 Dekabr 2024 17:30

ABŞ və Avropa Birliyi Gürcüstanı saxlamağa və Ermənistanı öz təsir orbitinə çəkməyə çalışır.

Sitat.info xəbər verir ki, bunu Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov deyib.

“Cənubi Qafqazda vəziyyət ağır olaraq qalır. Onun inkişafına dağıdıcı təsir regiondankənar oyunçuların, ilk növbədə ABŞ və Avropa Birliyinin regionda öz mövqelərini möhkəmləndirmək, Gürcüstanı saxlamaq və Ermənistanı öz təsir orbitinə çəkmək istəyindən irəli gəlir”, - Gerasimov bildirib.

Onun sözlərinə görə, Qərb Gürcüstandakı etirazları maliyyələşdirmək və istiqamətləndirmək yolu ilə sabitliyi pozmağa çalışır.