Avrokomissar: "Aİ 9 aydan sonra Rusiya neftinə embarqo tətbiq edəcək"

Avrokomissar: \"Aİ 9 aydan sonra Rusiya neftinə embarqo tətbiq edəcək\"
Dünya 06 May 2022 13:01

"Avropa İttifaqı 9 aydan sonra Rusiyadan neft idxalına tamamilə embarqo tətbiq edəcək".

“Report” “Seqodnya”ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) iqtisadi məsələlər üzrə komissarı Paolo Centiloni bildirib.

“Biz neft məhsullarının növündən asılı olaraq, embarqonun 9 aydan sonra tətbiqini təklif edirik. Daha qısa zaman çərçivəsində məhdudiyyətin tətbiqi neftin dünya bazarında qiymətlərinə mənfi təsir göstərər. Bu da bizim hədəflərimizə ziddir”, - o qeyd edib.

Avrokomissar xəbərdarlıq edərək deyib ki, bu qərar Avropa iqtisadiyyatına təsir etsə də, Rusiya iqtisadiyyatına daha böyük zərbə vuracaq.