İki Afrika ölkəsi BMT TŞ-nin daimi üzvü olacaq

İki Afrika ölkəsi BMT TŞ-nin daimi üzvü olacaq
Dünya 13 Dekabr 2024 20:20

İki Afrika ölkəsi tezliklə Təhlükəsizlik Şurasının daimi üzvləri kimi təmsil olunacaq. 

Sitat.info xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş deyib.

“Afrika dövlətlərinin Təhlükəsizlik Şurasına daxil olması qarşısında ən ciddi maneələr aradan qaldırılıb, konsensus əldə olunub”, - Quterreş bildirib.

O, Təhlükəsizlik Şurasının genişləndirilməsinin 2026-cı ildə mandatı bitənə qədər tamamlanacağını vəd edib.

Baş katib TŞ-də hansı ölkələrin təmsil olunacağına Afrika Birliyinin qərar verəcəyini söyləyib.