Ukrayna bütün ərazisi ilə NATO-ya dəvət almalıdır - Zelenski

Ukrayna bütün ərazisi ilə NATO-ya dəvət almalıdır - Zelenski
Dünya 11 Dekabr 2024 23:27

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, NATO-ya dəvət bütün Ukrayna üçün olmalıdır, lakin Alyans bunu bütün Ukrayna ərazilərinə şamil etməyə bilər.

Sitat.info xəbər verir ki, o, bu haqda CBN News-a danışıb. 

“Biz bilirik ki, müharibə zamanı biz NATO-ya qəbul edilməyəcəyik. Amma əgər biz müharibəni həqiqətən bitirmək istəyiriksə, o zaman Ukrayna beynəlxalq səviyyədə tanınan sərhədlər daxilində dəvət edilməlidir".

Zelenskinin  sözlərinə görə, bunu Ukrayna Konstitusiyası və beynəlxalq hüquq tələb edir və onları pozmaq olmaz.

“Ancaq Alyansın hərəkəti Ukraynanın nəzarət edəcəyi hissədə olacaq, sonra gələcək genişlənmə ilə bağlı ola bilər”, - deyə Zelenski əlavə edib.

Türkanə,

Sitat.info