Ümid edirəm ki, Orban Əsədə zəng etməyəcək - Zelenski

Ümid edirəm ki, Orban Əsədə zəng etməyəcək - Zelenski
Dünya 11 Dekabr 2024 20:50

Ukrayna Prezidenti Vladimir Zelenski Macarıstan Baş naziri Viktor Orbanın Rusiya Prezidenti Vladimir Putinə zənginə ironiya ilə reaksiya verib.

Sitat.info xəbər verir ki, Zelenski Suriyanın devrilmiş və Rusiyaya qaçan prezidenti Bəşər Əsədlə müqayisə aparıb.

"Hamımız ümid edirik ki, Viktor Orban heç olmasa, Moskvaya zəng edib, Əsədin bir saatlıq mühazirələrini dinləməyəcək. Tamamilə aydındır ki, real sülhə və təminatlı təhlükəsizliyə nail olmaq ABŞ-ın qətiyyətini, Avropa Birliyini və bütün tərəfdaşların BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə əməl etmək öhdəliyini tələb edir", - Zelenski vurğulayıb.

O, həmçinin siyasətçiləri birlik bahasına öz imicləri ilə oynamamağa, ümumi uğurun qayğısına qalmağa çağırıb.

Qeyd edək ki, bu gün Orban Rusiya lideri Vladimir Putinə zəng edib.