Son dəqiqə! İsrail Suriyaya hava hücumlarını davam etdirəcək

Son dəqiqə! İsrail Suriyaya hava hücumlarını davam etdirəcək
Dünya 10 Dekabr 2024 00:20

İsrail Suriyanın silah anbarlarına qarşı hava hücumlarını gücləndirəcək və Bəşər Əsədin devrilməsi nəticəsində yarana biləcək hər hansı təhlükəni dəf etmək üçün tədbirləri gücləndirəcək.

Sitat.info xəbər verir ki, bu barədə Reuters agentliyi İsrailin xarici işlər naziri Gideon Saara istinadən məlumat yayıb.

Rəsmi bildirib ki, Suriyaya hava hücumları yaxın günlərdə də davam edəcək. Eyni zamanda, İsrail kimyəvi silahlar və uzaqmənzilli raketlərin yerləşdiyi strateji anbarlara hücum edir ki, onlar ekstremistlərin əlinə keçməsin.

Səid,

Sitat.info