SON DƏQİQƏ! Hizbullah Suriyaya qüvvə göndərib

SON DƏQİQƏ! Hizbullah Suriyaya qüvvə göndərib
Dünya 06 Dekabr 2024 14:20

Hizbullah Suriyanın Homs şəhərinə bəzi “nəzarətçi qüvvələr” göndərib.

Sitat.info  xəbər verir ki, bu barədə Röyters məlumat yayıb.

Məlumata görə, Hizbullah müxalif qüvvələrin Homs şəhərini ələ keçirməsinin qarşısını almaq üçün gecə ərzində Livandan Suriyaya az sayda “nəzarətçi qüvvələr” göndərib.

Qeyd edək ki, Suriya mediasının məlumatına görə, müxalif qüvvələr bu gün Homs şəhərində böyük irəliləyiş əldə edib.

Suriya ordusunun zabiti və Tehrana yaxın iki regional rəsmi də Röytersə bildirib ki, Hizbullah Homsda mövqelər tutub.

Nigar,

Sitat.info