ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib

ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
Dünya 04 Dekabr 2024 22:14

ABŞ daha beş fiziki və beş hüquqi şəxsi əlavə edərək Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

Sitat.info  TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirliyinin yenilənmiş məlumatları göstərir.

Məhdudiyyətlərin üç Rusiya vətəndaşına, eləcə də iki Latviya və Ukrayna vətəndaşına aid olduğu vurğylanır.

Siyahıya həmçinin ABŞ, Tailand, Böyük Britaniya, BƏƏ-dən olan təşkilatlar, habelə London, Moskva, Riqa, Sinqapur və İstanbulda nümayəndəlikləri olan şirkətlər daxildir.