Ermənistan KTMT-dan çıxmaq üçün sənəd yollayıb?

Ermənistan KTMT-dan çıxmaq üçün sənəd yollayıb?
Dünya 04 Dekabr 2024 20:46

KTMT-yə Ermənistanın təşkilatdan çıxışı ilə bağlı sənəd daxil olmayıb. Paşinyanın nədən danışdığını heç kim bilmir.

Sitat.info xəbər verir ki, bu barədə “News.ru”ya diplomatik mənbə bildirib.

Qeyd edək ki, daha öncə Baş nazir Nikol Paşinyan Ermənistanla KTMT arasında münasibətlərin geri dönüşü olmayan nöqtəyə keçdiyini deyib.