Ərdoğan və Putin Suriyanı müzakirə etdi

Ərdoğan və Putin Suriyanı müzakirə etdi
Dünya 03 Dekabr 2024 20:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

Onlar Suriyadakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini qeyd edib.

Telefon danışığı zamanı həmçinin Türkiyə-Rusiya ikitərəfli əlaqələri ilə yanaşı, qlobal və regional məsələlər də müzakirə edilib.