Bayden dövründə Ukraynaya hərbi yardım 62 milyard dolları keçib - Pentaqon
Pentaqon Bayden dövründə Ukraynaya hərbi yardımın 62 milyard dolları keçdiyini açıqlayıb.
ABŞ-dan Ukraynaya 725 milyon dollarlıq yeni yardım paketi də imzalanıb.
ABŞ-da səlahiyyət müddəti yanvarın 20-də başa çatacaq Co Bayden administrasiyası Ukraynaya əlavə silah və texnika ilə dəstək vermək qərarına gəlib. Dövlət katibi Entoni Blinken Ukraynaya 725 milyon dollarlıq əlavə silah və texnika dəstəyi verəcəklərini açıqlayıb.
Seymur,
Sitat.info