Tiflisdə aksiya yenidən başladı: etirazçılar geri çəkildi...

Tiflisdə aksiya yenidən başladı: etirazçılar geri çəkildi...
Dünya 02 Dekabr 2024 20:55

Gürcüstanın paytaxtı Tiflisdə hökumət əleyhinə etiraz aksiyası yenidən başlayıb.

Sitat.info xəbər verir ki, nümayişçilər parlament binası yaxınlığında toplaşmağa başlayıblar.

Ölkənin təhlükəsizlik qüvvələri aksiyaçıları dağıtmaq üçün göz yaşardıcı qazlardan istifadə edir. Aksiyaçılar parlament binasından uzaqlaşsa da, Rustavelli prospektində aksiyanı davam etdirirlər.

Qeyd edək ki, Baş nazir İrakli Kobaxidzenin 28 noyabrda AB-yə üzvlüklə bağlı danışıqların 2028-ci ilə qədər dayandırıldığını elan etməsindən sonra Tiflisdə genişmiqyaslı aksiyalar keçirilir.