Gürcüstanda 110 polis xəsarət aldı

Gürcüstanda 110 polis xəsarət aldı
Dünya 02 Dekabr 2024 11:16

Tiflisdə parlament qarşısında etiraz aksiyaları zamanı bir neçə gün ərzində 110-dan çox hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Sitatr.info xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşləri Nazirliyi məlumat yayıb.

“Ümumilikdə etirazlar zamanı DİN-in 113 əməkdaşı xəsarət alıb, onlardan dördü hələ də klinikadadır”, - məlumatda deyilir.

Qeyd edək ki, 28 noyabrda Baş nazir İrakli Kobaxidzenin AB-yə üzvlüklə bağlı danışıqların 20208-ci ilə qədər dayandırıldığını elan etməsindən sonra Tiflisdə aksiyalar keçirilir./Axar.az