Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub
İQTİSADİYYAT 28 Noyabr 2024 19:16

İqtisadiyyat naziri Mikayıl Cabbarov Efiopiyanın baş nazirinin ofisində Dövlət naziri Aklilu Tadessenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıq potensialının reallaşdırılmasının əhəmiyyəti vurğulanıb, ticarət, investisiya, yaşıl enerji sahələrində tərəfdaşlıq imkanları nəzərdən keçirilib.

Əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin, biznes subyektlərinin iştirakı ilə işgüzar tədbirlərin təşkilinin, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğunluğu vurğulanıb.

Tərəflər, həmçinin Azərbaycanın sənaye parkları sahəsində təcrübəsindən istifadə və işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib.