Ukrayna Rusiyanın konsulluq binasını alır

Ukrayna Rusiyanın konsulluq binasını alır
Dünya 27 Noyabr 2024 18:20

Kiyev Polşanın Poznan şəhərindəki keçmiş Rusiya konsulluğunun binasını almaq niyyətindədir.

Sitat.info xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.

Sibiqa qeyd edib ki, Ukrayna Poznanı Polşada konsulluq fəaliyyətini genişləndirmək üçün mümkün yerlərdən biri hesab edir:

“Biz artıq Polşa tərəfinə müvafiq qeydlə rəsmi nota göndərmişik və təfərrüatı gözləyirik”.

Qeyd edək ki, Polşa Rusiyanın Poznandakı konsulluğunun noyabrın 28-də fəaliyyətini dayandıracağı elan edib.