Bu ölkədə 6.1 gücündə zəlzələ baş verdi
Yaponiyanın qərbindəki İşikava əyalətinin Hakui şəhəri sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
Dərinliyi 10 kilometr olaraq qeydə alınan 6,1 bal gücündə zəlzələdə can və mal itkisi qeydə alınmayıb. Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.
Kyodo News-un məlumatına görə, Yaponiya Meteorologiya Agentliyi (JMA) zəlzələnin 6,4 bal gücündə olduğunu açıqlayıb.
Səid,
Sitat.info