Kursk üzərində 3 Ukrayna raketi vuruldu

Kursk üzərində 3 Ukrayna raketi vuruldu
Dünya 22 Noyabr 2024 20:35

 

Rusiya hava hücumundan müdafiə sistemləri Kursk vilayəti üzərində Ukraynaya məxsus 3 raketi vurub.

Sitat.info xəbər verir ki, bu barədə regionun rəhbəri Aleksey Smirnov Teleqram kanalında məlumat verib.

“Bu gün günortadan sonra Kursk vilayətinin səmasında üç Ukrayna raketi hava hücumundan müdafiə qırıcılarımız və sərhəd müdafiəçilərimiz sayəsində məhv edilib”, - Smirnov qeyd edib.