"1 il ərzində 166 uşaq öldürülüb" – BMT

\"1 il ərzində 166 uşaq öldürülüb\" – BMT
Dünya 22 Noyabr 2024 08:33

2023-cü ilin oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində və Şərqi Qüdsdə 160-dan çox uşaq ölüb.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, bu barədə BMT-nin İşğal olunmuş Fələstin Ərazilərində Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb.
Məlumatda bildirilib ki, ölümlərin çoxu Cenin, Tulkərm, Tubas və Nablusda qeydə alınıb. Bundan başqa, hesabat dövründə daha 1132 uşaq xəsarət alıb.

Aytac,

Sitat.info