Son dəqiqə! Kiyevdə partlayış!

Son dəqiqə! Kiyevdə partlayış!
Dünya 22 Noyabr 2024 08:02

Bu dəqiqələrdə Kiyevdə partlayış səsləri eşidilib.

Sitat.info xəbər verir ki, Ukraynanın TSN agentliyi bu barədə məlumat yayıb.

Dnepropetrovsk vilayətində də partlayış səsləri eşidildiyi qeyd edilir.

Dnepropetrovsk, Jitomir, Kiyev, Poltava, Sumi və Çerniqov vilayətlərində hava hücumu xəbərdarlığı edilib. Artıq Sumi şəhərində azı dörd partlayış baş verib.