Ukrayna ordusu su anbarının bəndini partlatdı

Ukrayna ordusu su anbarının bəndini partlatdı
Dünya 11 Noyabr 2024 16:46

Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının irəliləyişini ləngitmək üçün "Kuraxovo" su anbarının bəndini partladıb.

Sitat.info Axar.az-a əsasən xəbər verir ki, məlumatı Rusiyanın Teleqram kanalları yayıb.

Bildirilib ki, bəndin partladılması Volça çayının aşağı axarında daşqınlara səbəb olub və bu, Ukraynanın nəzarətində olan ərazilərə xüsusilə ağır zərbə vurub.

Məlumata görə, bir neçə kənddə yerli əhalinin təxliyəsi barədə göstəriş verilib.