Türkiyənin yeni raket sistemi "PUSU"

Türkiyənin yeni raket sistemi \"PUSU\"
Dünya 09 Noyabr 2024 20:15

Türkiyənin ROKETSAN şirkəti Toyota Hilux avtomobilinə inteqrasiya edilmiş CİRİT lazerlə idarə olunan raketlərin buraxılış qurğusu olan "PUSU"nu təqdim edib.

Sitat.info xəbər verir ki, "PUSU" sistemi yüksək manevr və hərəkət qabiliyyəti ilə tank əleyhinə müdafiədə əhəmiyyətli bir güc çarpanı yaradacaq.

Sistem 8 kilometrə qədər təsirli mühafizə təmin edən 4 ədəd CİRİT raketi ilə təchiz olunub. 

Qeyd edək ki, "PUSU" ilk dəfə 2024-cü ilin oktyabr ayında keçirilən SAHA EXPO sərgisində nümayiş etdirilib.  

Türkiyənin yeni raket sistemi \"PUSU\"