Respublikaçılar Nümayəndələr Palatasını da götürdü

Respublikaçılar Nümayəndələr Palatasını da götürdü
Dünya 06 Noyabr 2024 11:03

ABŞ Nümayəndələr Palatasına keçirilən seçkilərdə Respublikaçılar Partiyası demokratları qabaqlayır.

Sitat.info xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.

Məlumata görə, Respublikaçılar Partiyası Nümayəndələr Palatasında 163, Demokratlar Partiyası isə 108 yer qazanıb.

Qeyd edək ki, respublikaçılar Senatda da üstünlüyü əldə ediblər.