Ruslar Donetsk və Xarkovda yaşayış məntəqələrini ələ keçirdi

Ruslar Donetsk və Xarkovda  yaşayış məntəqələrini ələ keçirdi
Gündəm 02 Noyabr 2024 16:49

Rusiya ordusu Ukraynanın Donetsk və Xarkov vilayətlərinin yaşayış məntəqələrini nəzarətə götürüb.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu "Donetsk Xalq Respublikası"nın (Ukraynanın Donetsk vilayəti-red) Kuraxovka yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.

Bundan başqa, Xarkov vilayətinin Perşotravnevoe yaşayış məntəqəsinin Rusiyanın nəzarətinə keçdiyi də bildirilib.

Qeyd olunub ki, Rusiya qoşunları Ukraynanın enerji infrastrukturuna və yanacaq bazasına, hərbi aerodrom infrastrukturuna və PUA istehsal olunduğu sexə hücum edib.

Rusiya MN Ukraynanın son sutka ərzində 2045 nəfər canlı qüvvə itirdiyini açıqlayıb.