İspaniyada rabitə və elektrik xətləri kəsildi- Zərərçəkənlərin sayı açıqlandı

İspaniyada rabitə və elektrik xətləri kəsildi- Zərərçəkənlərin sayı açıqlandı
Dünya 01 Noyabr 2024 21:14

İspaniyada güclü yağışlar və daşqınlar nəticəsində 170,000 insan hələ də mobil telefon əhatəsindən məhrum olub.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın Rəqəmsal Transformasiya Nazirliyi 70 min stasionar telefonun da xidmət göstərmədiyini bildirib.

 Ötən gecə isə Valensiyada elektrik təchizatının 75%-nin bərpa edildiyi bildirilib. Bu isə təxminən 114 min insan deməkdir.