Biletlər satışda: Kosmik turizm başlayır
Çin şirkəti planlaşdırdığı kosmik ekspedisiya üçün cəmi 420 min dollara (1,5 milyon yuana) iki bilet satıb. Şirkət uçuşların 2027-ci ildə başlayacağını açıqlayıb.
Şirkət suborbital ekspedisiya üçün hər biri 1,5 milyon yuana (210 min dollar) iki bilet satıb.
Çin Deep Blue Aerospace, ekipajlı kosmik gəminin altı panoramik pəncərəyə sahib olduğunu, altı sərnişin daşıya biləcəyini və 50 dəfədən çox istifadə üçün nəzərdə tutulduğunu bildirdi.
Hündürlüyü təqribən 4 metr, maksimal diametri isə 3,5 metr olan kosmik gəminin qalxma çəkisinin 7,9 ton olduğu qeyd edilib.
Şirkət həmçinin bildirib ki, uçuşlar təxminən 12 dəqiqə davam edəcək və bu müddət ərzində kosmik gəmi 100 kilometr yüksəkliyə çatacaq, lakin orbitə çıxmayacaq.
Məğrur,
Sitat.info