İsrail ağlına gətirmədiyi zərbə alacaq - SEPAH

İsrail ağlına gətirmədiyi zərbə alacaq - SEPAH
Dünya 28 Oktyabr 2024 14:22

İran ərazisinə hücumun İsrail üçün acı nəticələri olacaq.

Sitat.info xəbər verir ki, bu sözləri SEPAH komandiri Hüseyn Salami deyib.

“Ölkənin hava hücumundan müdafiə qüvvələrinin hazırlığı sayəsində məqsədlərinə çata bilməyən qatil İsrail rejiminin qanunsuz hərəkətləri bu rejimin döyüş meydanında səhv hesablamasını və çarəsizliyini göstərir. Və həqiqətən də işğalçılar üçün ağlasığmaz dərəcədə acı nəticələr olacaq”, - Salami bildirib.