Türkiyədəki teraktı kim törədib? - Gülər açıqladı

Türkiyədəki teraktı kim törədib? - Gülər açıqladı
Dünya 23 Oktyabr 2024 22:59

TUSAŞ binasında terror aktını PKK terror təşkilatının üzvləri həyata keçirib.

Sitat.info xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər deyib.

“Bu PKK alçaqlarına layiq olduqları cəzanı veririk, amma ağıllanmırlar. Həmişə dediklərimi bir daha təkrar edirəm, son terrorçu məhv edilənə qədər onlardan əl çəkməyəcəyik", - Y.Gülər vurğulayıb.

Bu gün Ankaranın Qəhrəmanqazan rayonunda dövlət aerokosmik şirkəti – TUSAŞ-ın binasında terror aktı törədilib. Nəticədə 4 nəfər şəhid olub, 14-ü isə yaralanıb.