BBC-də ciddi ixtisarlar! 155 əməkdaş işdən çıxarıldı, proqramlar bağlandı
Britaniyanın ictimai yayımçısı BBC 24 milyon funt-sterlinqə qənaət etmək üçün 150-dən çox əməkdaşını işdən çıxarmaqla yanaşı, məşhur Hard Talk proqramının yayımını da dayandırıb.
İşdən çıxarılma, ixtisar və bağlanmaların illik qənaət hədəfinə 24 milyon funt-sterlinq (təxminən 1,1 milyard lirə) təsir edəcəyi, xəbər büdcəsinin 4 faizə uyğun olacağı ifadə edildi.
Efirdən çıxarılan proqramlar arasında BBC-nin 27 illik məşhur “Hard Talk” xəbər proqramı da olub.
BBC Radio 5-də gecə proqramının istehsalını yerli və milli radio işçilərinə təhvil verilib və Asiya Xəbərlər Şəbəkəsinin bölməsi də bağlanıb.
Fərqli ölkələrdə işçilərin sayının artırılmasına qərar verilərkən, Sidneydə yeni vəzifələr açılacağı, Londonda bəzi vəzifələrin ixtisar ediləcəyi bildirilib.
BBC News-un baş direktoru Deborah Turness qeyd edib ki, qənaət addımlarına baxmayaraq, BBC rəqiblərindən daha yaxşı resurslara sahib olmağa davam edəcək.
Nigar,
Sitat.info