İranda dəhşətli PARTLAYIŞ: Yaralananlar var

İranda dəhşətli PARTLAYIŞ: Yaralananlar var
Dünya 10 Oktyabr 2024 14:20

Bu gün Xuzistan əyalətinin Həftkel bölgəsindəki daş mədənində partlayış baş verib.

Sitat.info xəbər verir ki, bu barədə  “Azad İran” telegram kanalı məlumat yayıb.

Əhvaz Tibb Elmləri Universitetinin Təcili Yardım Şöbəsinin sözçüsü Arif Şərhani bildirib ki, partlayış nəticəsində 24, 26 və 35 yaşlı üç kişi yaralanıb.

Qeyd edək ki, hələlik partlayışın hansı səbəbdən meydana gəlməsi bilinmir.