İsrail Qəzzaya hücumlarını davam etdirir: 50 ölü, çox sayda yaralı var
İsrail ordusunun Qəzza zolağının bir çox nöqtəsinə həyata keçirdiyi hava və quru hücumları nəticəsində 50 fələstinli ölüb, onlarla fələstinli yaralanıb.
Əl-Bureyc Qaçqınlar Düşərgəsində çadıra PUA ilə təşkil edilən hücumda 3 fələstinli həyatını itirib. Düşərgənin digər nöqtələrinə həyata keçirilən 2 hava hücumunda 5 fələstinli ölüb, 18-i yaralanıb. Tanklardan və artilleriyadan açılan atəş nəticəsində ölən və yaralananlar da olub.
Qəzzanın Et-Tuffah bölgəsində Əbu Acve ailəsinin evinə edilən hücumda bir fələstinli, Şeyx Rıdvan bölgəsində bir, Əs-Səftavi bölgəsində isə bir evə edilən hücumda dörd fələstinli həyatını itirdi.
Şimaldakı Beyt Lahiya şəhərində bir evə təşkil edilən hava hücumunda 4 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Cibaliya Qaçqınlar Düşərgəsində 1 qadın, başqa bir bölgədə isə hava hücumu nəticəsində 5 fələstinli həyatını itirib.
Xan Yunusun Abesan qəsəbəsi də artilleriya atəşinə tutulub, 1 qız ölüb, 1 qadın yaralanıb. Xan Yunusun digər bölgələrinə hücumda isə 24 nəfər ölüb, çox sayda insan yaralanıb.
Ümumilikdə 50 nəfərin həlak olduğu bildirilir.
Nərgiz,
Sitat.info