Matvienko yenidən sədr seçildi

Matvienko yenidən sədr seçildi
Dünya 25 Sentyabr 2024 11:40

Valentina Matvienko yenidən Rusiya Federasiya Şurasının sədri seçilib.

Sitat.info xəbər verir ki, Federasiya Şurası bu gün keçirilən plenar iclasda Matvienkonu yekdilliklə parlamentin yuxarı palatasının sədri seçib.

Bununla da, 75 yaşlı Matvienko 4-cü dəfə Federasiya Şurasına sədrlik edəcək. Belə ki, o bu vəzifəni 2011-ci ildən icra edir.