Ukraynadan təkzib: "Kurska hücum zamanı mülki şəxsləri hədəf almırıq"
Ukrayna Rusiyanın Kurskda mülki insanların öldürülməsi ilə bağlı ittihamlarına cavab verib.
Sitat.info Röytersə istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü bu barədə danışıb.
O bildirib ki, Ukrayna beynəlxalq humanitar qanunlara əməl edir və Rusiyanın qərbindəki Kursk bölgəsinə indiki müdaxiləsi zamanı mülki insanları hədəf almır.
Sentyabrın 23-də Rusiya Ukraynanın işğalı zamanı azı 56 mülki şəxsin həlak olduğunu, 266 nəfərin isə yaralandığını bildirib.
Qeyd edək ki, Zelenski vəziyyətin müşahidə edilməsi üçün BMT və BQXK-nin Kurska girişinə imkan verilməsini təklif edib, Rusiya isə bu təklifi təxribat adlandırıb. Adı çəkilən qurumlardan isə hələlik cavab verilməyib.
Nərgiz,
Sitat.info