Dnestryanıdan qaçış başladı: əhali Moldovaya üz tutur

Dnestryanıdan qaçış başladı: əhali Moldovaya üz tutur
Dünya 26 Aprel 2022 14:19

Dünəndən bəri baş verən partlayışlardan sonra Dnestryanı əhalisi Moldova hökumətinin nəzarət etdiyi ərazilərə axın etməyə başlayıb.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilir ki, hazırda Moldova istiqamətində yollarda avtomobil tıxacları yaranıb.

Lakin qondarma Dnestryanı hökuməti məlumatı təkzib edərək bildirib ki, tıxaclar Pasxa bayramından qayıdan insanların çox olması səbəbindən yaranıb.