Dunay çayı daşdı: Macarıstanın paytaxtı su altında qaldı

Dunay çayı daşdı: Macarıstanın paytaxtı su altında qaldı
Dünya 19 Sentyabr 2024 16:01

Macarıstanın paytaxtı Budapeştdə Dunay çayı daşıb.

Bu barədə Sitat.info "RIA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, çayın suyu sahil xəttini keçib və şəhərin küçələrini su basmağa başlayıb. Daşqının sentyabrın 21-də pik həddə çatacağı, suyun səviyyəsinin normal 3.5 metr səviyyəsindən təxminən 8.5 metrə qalxacağı gözlənilir.

Qeyd edək ki, daha əvvəl Macarıstanın Baş naziri Viktor Orban daşqın səbəbindən beynəlxalq məsələləri, o cümlədən Avropa Parlamentindəki çıxışını təxirə salmaq məcburiyyətində qaldığını açıqlamışdı.