Ruslar özlərini itirib, hər yerə hücum edir

Ruslar özlərini itirib, hər yerə hücum edir
Dünya 26 Aprel 2022 11:25

Rusiya ordusu Ukraynada cəbhə xəttinin bütün istiqamətlərindən hücuma keçib.

Sitat.info  xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

O, rusların bu qərarını olduqca qəribə adlandırıb:

"Düşünməyə başlayıram ki, bəlkə Xristo Qrozev (araşdırmaçı jurnalist - red.) doğrudan da haqlıdır, Vladimir Vladimiroviç (Putin) bütün əməliyyatlara şəxsən nəzarət etmək qərarına gəlib. Hərbi baxımdan bu, ən böyük axmaqlıqdır, amma həqiqətən də onlar hər yerə hücum etməyə çalışırlar”, - o bildirib.

Arestoviç qeyd edib ki, hücum təkcə Donbasda deyil, Xerson vilayətindən Krivoy Roq istiqamətində də qeydə alınıb:

“Bundan əvvəl Zaporojye və Nikolayev yaxınlığında da düşmən fəallığı qeydə alınmışdı”.

/Axar.az