Rusiyaya cavab: Ukrayna hücuma keçdi

Rusiyaya cavab: Ukrayna hücuma keçdi
Dünya 12 Sentyabr 2024 14:53

Ukrayna ordusu Rusiyanın Kurskda əks-hücumuna cavab olaraq yeni hücumlara başlayıb.

Sitat.info  xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

“Ukrayna ordusu Snaqostun qərbində rus qoşunlarına hücum edir, həmçinin Kulbaki və Qluşkovo ərazisində sərhəd boyu əməliyyatlar aparır. Rusiya mənbələri Ukrayna hərbi qüvvələrinin kiçik mexanikləşdirilmiş hücumları barədə məlumatlar verir”, - hesabatda bildirilib.